Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

Tarix: 18-12-2017 13:53     Baxış: 4258 A- / A+
Azərbaycanda sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar
Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.

Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun “Mercedes”i Ağsunun Nüydü kəndində aşkarlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə 10 gün əvvəl baş verib. Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar