Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi qeydiyyatla bağlı mühüm XƏBƏRDARLIQ

Tarix: 18-12-2017 12:34     Baxış: 5643 A- / A+
Hərbi qeydiyyatla bağlı mühüm XƏBƏRDARLIQ
Azərbaycan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti;
- ailə tərkibi haqqında arayış;
- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
- tərcümeyi-hal;
- 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil

"İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 31 oktyabr tarixli 851-VQD nömrəli qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar