Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr - FOTO

Tarix: 18-12-2017 11:09     Baxış: 21 950 A- / A+
SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr


Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir
. Amma qatarda da münasib şərait ola... Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə səyahət edəcəksənsə, şəraitə qatlanmalı olacaqsan. Bəs görəsən, müxtəlif ölkələrin qatarlarında vəziyyət necədir?

Manevr.az bununla bağlı yazını təqdim edir:

Yaponiya


Yaponiya - ən yaxşı yataq-vaqonları ölan ölkə sayılır. Bu baxımdan Avropanı da geridə qoyublar. Səliqəli, rahat, müasir yataqlar sərnişinlərin komfortlu səyahətinə hesablanıb. Bu ölkədə qatarların çoxu ikimərtəbəlidir. Hər kiçik kupe bir-birindən pərdə ilə ayrılır.

Tailand


Tailand - bu ölkənin də qatarları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Hətta II sinif sərnişin qatarları da zövq almaq üçün əlverişlidir.

Çin

Çin - bu ölkədə ucuz qatarlar o qədər ürəkaçan olmasa da, bir az artıq ödəməklə, uzun səfərlərin həzzini çıxarmaq olar. İstəyənlərə ayrıca, hər bir şəraiti olan kupe də təklif olunur.

Kanada

Kanada - təyyarə şəraiti ilə müqayisədə əlbəttə geri qalır. Amma ən əsası sürət qatarlarında mənzərələrdən həzz almaq, pulsuz verilən peçenye və meyvələrdən dadmaq olar.

Hindistan


Hindistan - həə, bax burada relslər də susur... Bu ölkənin qatarlarında səyahət tam bir işgəncədir. Təbii ki, əcnəbilər üçün. Hindlilər özləri bu durumdan o qədər də narazı deyillər. Həm də səyahət edən əcnəbilər şikayət edirlər ki, burada təkcə antisanitariya deyil, oğurluq, əxlaqsızlıq da baş alıb gedir.

MDB ölkələri

MDB ölkələri - keçmiş sovet ölkələrində vəziyyət düzəlib. Çünki vaxtilə bu ölkələrin də qatarlarında səyahət xoşagəlməz idi. Sovet yazıçılarının əsərlərinə bel bağlasaq, "proletar tanışlıqlar" da az olmurdu. Ən azından, indi rahat, təhlükəsiz səyahət etmək mümkündür. Əlbəttə ki, bir çox postsovet ölkələrinin qatarları elə keçmişdə də qalıb. (publika.az)

SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr
SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr
SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr
SƏRNİŞİN QATARLARININ GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar