Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yüksək təzyiqindən əziyyət çəkənlər OXUYUN!

Tarix: 18-12-2017 09:58     Baxış: 5543 A- / A+
 Yüksək təzyiqindən əziyyət çəkənlər OXUYUN!
Bu meyvənin tərkibində orqanizm üçün vacib olan C, D, P, A vitaminləri, həmçinin, kalium, maqnezium, dəmir, fosfor, kalsium kimi maddələr var.
Qreypfrut qanda "pis" xolesterinin miqdarını aşağı salan, damarların kirəçləşməsinin qarşısını alan pektin kimi faydalı maddə ilə də zəngindir.
Manevr.az modern.az-a istinadən bildirir ki, yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qreypfrut olduqca xeyirlidir və müntəzəm bu meyvədən istifadə etmələri məsləhətdir.
Qreypfrutu zəiflik və yorğunluq zamanı yemək çox faydalıdır.
Yuxusuzluq, qızdırma, artrit, qaraciyərin funksiyasının pozğunluğu zamanı da qreypfrut çox kömək edir.
Şişkinliklər və müxtəlif iltihabi proseslər zamanı o, yüngül sidikqovucu vasitə hesab olunur.
Eyni zamanda pəhriz saxlayanlar üçün qpeypfrut əvəzolunmaz meyvədir. Az kalorilidir, həzm prosesini yaxşılaşdırır, iştahanı azaldır, yeməkdən sonra ağırlıq hissini aradan qaldırır.
Qreypfrutun əsas dəyərlərindən biri onun öd daşı xəstəliklərinin vəziyyətinin xeyli yüngülləşdirə bilməsidir. Onun şirəsi ödqovucu kimi çox təsirlidir.
Əgər siz ödün yığılması və öd daşı xəstəliyindən əziyyət çəkirsinizsə, eyni miqdarda təzə sıxılmış qreypfrut şirəsi ilə zeytun yağını qarışdırın. Axşamlar yarım stəkan için. Bundan sonra sağ böyrü üstə yatağa uzanıb qaraciyər nahiyəsinə qrelka qoyun. Qrelkanı 40-50 dəqiqə saxlayın. Səhər təkrar edin.
Bol miqdarda vitamin qəbul etmək istəyirsinizsə, qreypfrutu kəsən kimi yeyin. Bu meyvənin dadı azca acımtıl olur. Onu turş meyvə, yaxud qozla yedikdə daha yaxşı mənimsənilir.
Çoxları qreypfrutun üstündəki ağ qabıqları acı olduğuna görə soyurlar. Bu düzgün deyil. Çünki meyvənin müalicəvi əhəmiyyəti məhz bu ağ örtükdədir.
Qreypfrutu axşam yesəniz daha yaxşı olar, səhər yuxudan şən əhval-ruhiyyədə oyanacaqsınız.
Qrip və soyuqdəymə zamanı o, qızdırmanı aşağı salır.
Meyvənin qabığındakı P vitamini kapilyarların keçiciliyini artırır, orqanizmdə C vitamininin toplanmasına kömək edir.
Mədə xorası olan insanlara qreypfrutdan istifadə məhdudlaşdırılmalıdır.
Qan təzyiqini aşağı salan dərmanlar qəbul edildikdə qreypfrut yemək məsləhət deyil. Bunun xöşagəlməz fəsadları ola bilər.
Ümumiyyətlə, digər meyvə və tərəvəzlər kimi bu meyvəni də qədərində istifadə etməklə faydasını görmək olar.
Sağlamlığınız naminə vitaminlərlə zəngin qreypfrutdan imtina etməyin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar