Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müdafiə Nazirliyindən ordu ilə bağlı mühüm açıqlama

Tarix: 16-12-2017 11:46     Baxış: 4307 A- / A+
Müdafiə Nazirliyindən ordu ilə bağlı mühüm açıqlama
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin Milli Məclisdə növbəti oxunuşu zamanı orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi, eləcə də media nümayəndələrinin ordu haqqında yazılarına qadağa qoyulması ilə bağlı fikirlərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, il ərzində Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları və ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif səpkili 67 tədbir və layihə icra olunub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müxtəlif qurumlarla birgə ölkənin rayon və şəhərlərində 40-dan artıq hərbi-vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Aparatı, Hərbi Prokurorluq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzalanmış iş planına uyğun olaraq hərbi hissələrə 15 dəfə səfərlər təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Bundan əlavə, 2017-ci ildə Hesablama Palatası tərəfindən Müdafiə Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə təfərrüatlı yoxlanılması da həyata keçirilib.

Cari ilin 11 ayı ərzində ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 1152 məlumat, 763 foto, 119 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə (KİV) ötürülüb, jurnalistlərin 124 sualı cavablandırılıb. Çəkilişlər aparılmasına 67 icazə məktubu verilib, keçirilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və aparıcı informasiya agentlikləri 70 dəfə tədbirlərə dəvət olunub.

Artıq üçüncü ildir ki, cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyi ilə "Dinc Dünya" araşdırma mərkəzinin "Savaş jurnalistikası təlimləri" adlı birgə layihəsi keçirilir ki, buraya da yüzlərlə media nümayəndəsi cəlb olunur.

Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarının icrası ilə əlaqədar 50-dən çox yerli və xarici media nümayəndəsi Müdafiə Nazirliyində akkreditə olunub.

Müdafiə nazirinin təşəbbüsü ilə il ərzində bütün hərbi hissələrdə 3 dəfə ənənəvi "Açıq qapı günü" keçirilib. Bu ayın sonlarında növbəti "Açıq qapı günü"nün keçirilməsi planlaşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar