Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən müdhiş açıqlama: "Müəllimlər, həkimlər yoxsul təbəqəyə daxildir"

Tarix: 15-12-2017 19:00     Baxış: 41 428 A- / A+
Millət vəkilindən müdhiş açıqlama: "Müəllimlər, həkimlər yoxsul təbəqəyə daxildir"
"Müəllimlər, həkimlər yoxsul kontingentə daxil olan insanlardır. Bəzilərinin evində məcburi köçkün qardaşlarımız məskunlaşıb, ev sahibləri də illərdir kirayədə yaşayır".

Bunu deputat Fazil Mustafa Mülki Məcəlləyə dəyişiklərlə bağlı müzakirələr zamanı deyib.

Deputat bildirib ki, bu insanların bəziləri mənzil sahibi olmaq üçün bütün ömür boyu gözləməli olublar.

"Yaxşı olar ki, biz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini qısa zamanda yekunlaşdıraq.

"Qaçqınkom" bu məsələyə daha həssas yanaşmalıdır. Həmçinin bir mənzilin bir neçə şəxsə satılması məsələsi ilə bağlı da dəfələrlə bizə müraciət edilib. Və biz də prokurorluq orqanlarına müraciət edərək məsələnin həllinə kömək etməyə çalışmışıq".

F.Mustafa deyib ki, dövlət vətəndaşın şəxsi mülkiyyətinin təmin edilməsi istiqamətində müəyyən addım atılmalıdır.

"Bu qanun layihəsi bir sıra problemlərin həllinə kömək edəcək. Lakin hesab edirəm ki, yeni dəyişikliklər 3-4 il əvvəl tikilən evlərə də aid edilməlidir. Bu gün çoxmənzilli binalarda məskunlaşanların əksəriyyətinin sənədi olmur. Onlar mənzillərini satanda bina sahibinə 3-4 min manat əlavə ödəniş etməli olur".modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar