Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda polkovnik tutuldu - FOTO

Tarix: 15-12-2017 15:17     Baxış: 5634 A- / A+
Bakıda polkovnik tutuldu - FOTO
Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakultəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rizvan Cəfərovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar