Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Subay bir kişi ilə, subay bir qadın eyni evdə qala bilər?

Tarix: 14-12-2017 22:57     Baxış: 2429 A- / A+
Subay bir kişi ilə, subay bir qadın eyni evdə qala bilər?


Həzrəti Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

- Sizə (yanında məhrəmi olmayan) qadınların yanına getməyi qadağan edirəm.

Manevr.az muselmanlar.com-a istinadən bildirir ki, bu sözdən sonra Ənsardan bir nəfər soruşdu:

- Ey Allahın elçisi! Bəs (ərin ataları və oğullarından başqa o biri) kişi qohumları necə?

Rəsulullah cavab verdi:

- Onlarla xəlvət (təkbaşına qalmaq, xəlvəti yerdə qalmaq) ölümdür.1

Allah Təala Quranda qadınlarla əlaqədar olaraq belə buyurur:

"Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar." (Nur, 24/31)

Buna əsasən bir qadın təkcə yuxarıda qeyd edilən kişilərin yanında otura və başını aça bilər. Bu sadalananların xaricində qalanlar qohum olsalar da, yad hesab olunurlar. Qadın o kişilərin yanında məhrəm yerlərini aça bilməz. Eləcə də, onlarla qapalı bir yerdə qətiyyən təkbaşına qala bilməz. Ancaq onlarla ümumi yerlərdə danışmağı, salamlaşmağı qadağan deyil. Bu şəxslərin yanında hicabla dayana bilər.

Müsəlmanlar haramlardan uzaq durmalıdırlar. Eynilə bunun kimi, insanı harama aparan yollardan da uzaq durmalıdırlar. Allah Təala xüsusilə böyük günahları haram etdikdə: "Onlara yaxınlaşmayın!", "Onlardan uzaq durun!" deyib.

Quranda zina ilə əlaqədar olaraq belə deyilir:

"Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur". (İsra, 17/32.)

Yaxınlaşmamaq, yəni, uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Fitnə-fəsada aparan vasitə və yollar İslam dinində qadağandır. Müsəlman insan belə şeylərə xüsusi fikir verməlidir.

http://www.muselmanlar.com/fitvalar/3416.html

3-cü bir şəxsin bilə-bilə öz evini bu kimi şəxslərə verməyi də onların günahına şərait yaratmaq və zəmin hazırlamaq deməkdir. Elə isə bu da günahdır, günaha dəstək olmaqdır. Allah bu məsələ ilə bağlı olaraq belə deyir:

"Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır." (Nisa, 4/85)

"Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və həddi aşmaqda bir-birinizə köməkçi olmayın." (Maidə, 5/2)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar