Xəbər lenti
Krediti olanlar OXUSUN! - Bayram ilə əlaqədar güzəşt oluna bilər
Yeni il bayramı ilə əlaqədar 5 gün (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.
Ödəmə vaxtı qeyri-iş günlərinə təsadüf edən kreditlərə bu günlər ərzində faiz gələcəkmi?
İqtisadçı Vüqar Bayramov metbuat.az-a açıqlamasında bildirib ki, adətən qeyri-iş günlərində kreditlərin ödənilməsi xüsusi bankomatlar tərəfindən həyata keçirilir. Kredit borcu olan şəxslər həmin bankomatlardan istifadə etməklə borclarını ödəyə bilirlər:
“Lakin bəzi bankların bankomatlarının sayı çox azdır. Say az olduğu üçün müşttərilərin bu imkandan istifadə imkanı aşağı düşür. Daha məqsədəuyğundur ki, bayram günlərində banklar tərəfindən faizin hesablanması dayandırılsın. Bank bayramda işləmir və bankomat yoxdursa, kreditin ödənilməsi növbəti iş günlərində hesablanmalıdır. Ədətən, bu, bankla müştəri arasında bağlanan müqavilədə öz əksini tapır. Lakin belə hal yoxdursa, Mərkəzi Bank kredit ödənişi bayram günlərində olanlar üçün banklara müraciət etməli, bayramdan sonrakı ilk iş günündə ödənişin həyata keçirilməsinə imkan yaradılmaldır”.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib. Yaxın günlərdə cavabı oxuculara təqdim olunacaq. Məsələ diqqətimizdədir...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar