Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi - Azərbaycanda

Tarix: 14-12-2017 14:41     Baxış: 4458 A- / A+
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi - Azərbaycanda
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 950 qramlıq uşaq dünyaya gəlib.
Bu barədə məlumat verən RMDM-in ginekoloq-endokrinoloqu Pərvin Nəbiyevanın sözlərinə görə, yaxın qohum nikahında olan qadın illərdir müalicə alsa da, effekti olmayıb, onda 3 düşük baş verib:
"Adəti düşük 3 və daha artıq düşük baş verdiyi halda hesab olunur. Adətən, 22 həftəyə qədər ola bilir. Əsas faktorlar genetik, anatomik, endokrin, immunoloji və başqadır. Bu pasiyentimiz səkkiz il ailəli olan, son iki ildə sonsuzluq və depressiyadan şikayətlənən 28 yaşlı qadın idi. Bizə müraciət etdiyi zaman tərəfimizdən lazımi müayinələr aparıb, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: daha bir ailəyə övlad sevinci yaşatdıq".
Neonatoloq-pediatr Arzu Həsənova bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə azçəkili (950 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində onun həyatda qalması təmin olunub, zəruri müayinələr ("Topuq testi", ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb.publika.az

Manevr.az
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi - Azərbaycanda
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi - Azərbaycanda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar