Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mən güllələnməyə hazıram - 6 tələbəni öldürən sürücü

Tarix: 13-12-2017 17:37     Baxış: 6752 A- / A+
Mən güllələnməyə hazıram - 6 tələbəni öldürən sürücü
ARB TV-nin "Rezonans" verilişində bu dəfə 6 tələbənin ölümünə səbəbkar olan Namiq Hüseynovun həbsxana hekayələri təqdim olunub.

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, Namiq Hüseynov (cəzası 10 il) başına gələn hadisə barədə danışıb:

"Atam rəhmətə gedəndən sonra ailəyə kömək üçün işləməyə başlamışam. Bakı-Sumqayıt istiqaməti üzrə işləyirdim. 2008-ci ildən Sumqayıt Dövlət Universitetinin tələbələrini aparırdım. Yavaş-yavaş sərnişinlərimiz çoxaldı, işlərimiz yaxşılaşdı və tələbələrlə münasibətimiz yaxşılaşdı. Mən etiraf edirəm ki, artıq sərnişin daşımışam. Onlar da əsasən səhər saatların və axşamlar olurdu.

Yalan danışmıram, çünki həmin uşaqları aparmaya bilməzdim. Onlarla ailə kimi idik. Hətta mahnı da qoşub "biz mehriban ailəyik" deyib oxuyurdular. Bir uşağı maşından düşürtmək üçün gərək qəlbini qırasan. Ayın 7-si uşaqları universitetə qoyandan sonra gördüm ki, halım yoxdur. Tərpənə bilmirdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Uşaqlar özləri həkimə apardılar, ordan da evə apardılar. Hamısı evimi tanıyırdılar. 2 gün sonra işə çıxdım. Hadisə günü yanımdan bir maşın ötdü. Ona yol verdim keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində 2 İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı. Özümü itirməyib tələbələrə kömək edib düşürdüm.

Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi. Rozanı, Çinarəni götürüb qucağıma düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm ki, ölüblər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim".
Mən güllələnməyə hazıram - 6 tələbəni öldürən sürücü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar