Xəbər lenti
Sumqayıt məktəblərində “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüşlər keçirilib -Fotolar
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2017-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi, Polis İdarəsi, Sumqayıt Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizə istiqmətində “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüşlərə başlanılmışdır.
30 noyabr tarixindən başlayan görüşlərdə 1, 8, 9, 10, 16, 27, 37, 38, 42, 43 nömrəli məktəblərin, İnternat Tipli, İTİT və TET Gimnaziyanın və müəllim və şagird kollektivi iştirak etmişlər.
Manevr.az-ın verdiyi xəbərə görə, görüşlərdə iştirakçılara Baş İdarənin təqdim etdiyi və narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi nümayiş olunub.
Tədbirlərdə çıxış edənlər Təhsil şöbəsinin, Baş İdarənin əməkdaşları, Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşı Bəbir Alxanov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin daim aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin ölkə, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdilər. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2013 – 2018-ci illər üçün Dövlət Proqramı ilə bu istiqamətdə mübarizəsinin davam etdiyini qeyd etdilər. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını vurğuladırlar.
Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əlehinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər barədə məlumatlar verildi.
Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılmış, sualları cavablandırılmış və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılmışdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar