Xəbər lenti
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı - Açdılar qapını, dedilər yaxşı yol
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın oğlu sərbəst buraxılıb.
Bu barədə özü məlumat verib: “İstənilən adamın başına bu iş gələ bilər. Hər bir şəxs qanun qarşısında cavab verməlidir. Etiraf edim ki, hər şey mənim səhlənkarlığım üzündən baş verib. Müstəntiq dəfələrlə məni şöbəyə dəvət etmişdi, hər dəfə də “gələcəm” deyib yayınmışdım. Yəni rəsmi şəkildə məni 3 dəfə çağırıblar. Mən onlarda günah görmürəm. Ona görə də məcburi şəkildə idarəyə aparmalı idilər. 48 saatdan sonra açdılar qapını, dedilər yaxşı yol”.
Qeyd edək ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Orxan Nadirovun həbs olunmasında onun yaxın dostu Vüqar Bəkirovu ittiham edib. Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub./aznews.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar