Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Tarix: 23-09-2016 17:34     Baxış: 3506 A- / A+
Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək
Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev APA-ya deyib ki, hazırda “Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır.

Bu xidmətin yaradılması üzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: “Hazırda bu xidmətin tətbiqi üçün proqram hazırlanır. İşlər tam yekunlaşandan sonra bunun hansı formada tətbiq ediləcəyi barədə məlumat veriləcək”.

Şöbə müdiri vurğulayıb ki, ölkədə tibbi şəhadətnamənin kağız forması da ləğv ediləcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı da müzakirələr gedir: “Bununla bağlı hazırda Ədliyyə Nazirliyi və "ASAN Xidmət"lə birgə iş aparılır. Bu gün uşaq doğulandan sonra valideyn Forma 103-ü kağız formada "ASAN xidmət"ə təqdim edərək doğum haqqında şəhadətnamə alır. Artıq kağızı "ASAN xidmət"ə aparmağa ehtiyac qalmayacaq. Bazada uşaq barədə bütün müvafiq məlumatlar olacaq və valideynlər heç bir kağız təqdim etmədən doğum haqqında şəhadətnaməni "ASAN xidmət"dən əldə edəcəklər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar