Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qan icen ve ciy et yeyen xalq

Tarix: 10-12-2017 21:57     Baxış: 5609 A- / A+
Qan icen ve ciy et yeyen xalq


Şimal Qütb dairəsində Yamal yarımadasında yaşayan Yenetlər və ya Samoyedlər qeyri-adi həyat tərzləri ilə diqqəti cəlb edir.
Qaynarinfo.az xəbər verir ki, Yamal "Dünyanın sonu" deməkdir. Bu yarımadada yaşayan Yenetlər "Maral baxıcıları" adı ilə məşhurdurlar. 2002-ci ildəki hesabata əsasən, bu xalqın nümayəndələrinin sayı 40 min nəfərdən çox olub. Böyük bir hissəsi Rusiya ərazisi hesab edilən Yamalda yaşayan bu qeyri-adi xalq müasir həyat tərzindən imtina edirlər.
Samoyedlər havanın temperaturu -30 dərəcə olan bu bölgədə yaşamaq üçün mübarizə aparırlar. Onları fərqləndirən əsas xüsusiyyətdən biri çiy ət yeyib, qan içmələridir.
Köçəri xalq olan Yenetlər müasir həyat tərzindən imtina etsələr də, əksəriyyətinin mobil telefonu və generatoru var. Onlar maralçılıqla məşğul olur, heyvanları yemləmək üçün kilometrlərlə məsafə qət edirlər.
Həyatlarına çadırlarda davam edən Rusiyanın az tanınan nümayəndələri Sovet dövründə ciddi təqiblərə məruz qalıblar. Yenetlər son dövrlərdə diqqəti xüsusilə cəlb edirlər. Çünki dünyadakı təbii qaz ehtiyatlarının 25%-i onlar yaşayan bölgədə yerləşir və Yamalda inşa edilən qatar relsləri bu xalqın nümayəndələrinin dünya ilə əlaqəsini daha da asanlaşdırır. Lakin bildirilir ki, dünyadan kənar həyat tərzinə öyrəşmiş bu insanlar dəyişikliyə müsbət yanaşmırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar