Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi özünü öldürməklə hədələdi - Uşaqlarımı qaytarın

Tarix: 10-12-2017 16:16     Baxış: 4307 A- / A+
Bakıda kişi özünü öldürməklə hədələdi - Uşaqlarımı qaytarın


Manevr.az lent.az-a istinadən xəbər verir ki, naməlum şəxs Binəqədi rayonunda intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb. O, bildirib ki, övladları qaytarılmasa, özünü ataraq intihar edəcək.

Hadisə yerinə polislər və xilasedicilər gəlib. Məlum olub ki, binanın damına çıxan şəxs paytaxt sakini, 1977-ci il təvəllüdlü Ağakişiyev Fədail Rövşən oğludur. O deyib ki, övladlarını qayınanası aparıb və uşaqların qaytarılmasını tələb edib. Polis əməkdaşları dərhal həmin şəxsin qayınata və qayınanası ilə əlaqə yaradıblar. F.Ağakişiyevin qayınanası deyib ki, uşaqları qaytarmaq fikri yoxdur, “Fədail nə istəyirsə, etsin”.

Uzun söhbətdən sonra 40 yaşlı kişi xilasedicilər tərəfindən binanın damından düşürülüb və polisə təhvil verilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, intihara cəhd edən şəxs taksi sürücüsüdür. Onun ciddi ailə problemləri olub və həyat yoldaşından ayrılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar