Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı həbsxanaya köçürüldü

Tarix: 09-12-2017 11:42     Baxış: 5236 A- / A+
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı həbsxanaya köçürüldü
Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə təqdimata baxılıb.

Manevr.az report-a istinadən məlumatına görə, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib.

Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib. M.Ueldanovun şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Qail Məmmədovun icraatına verilib və ilkin baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar