Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyətləri ləğv olunacaq? - “Bəhrəsini xalqımız görəcək”

Tarix: 23-09-2016 12:45     Baxış: 3418 A- / A+
İcra hakimiyyətləri ləğv olunacaq?

Manevr.az

Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onların əvəzinə vilayətlərin yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Bu fikirlərin fərziyə olduğunu deyən deputat həmin məsələlərin ölkə prezidentinin səlahiyyətinə aid olduğunu qeyd edib: “Əminəm ki, Prezident İlham Əliyevin atacağı bütün addımlar Azərbaycan dövlətinin maraqlarına, dövlətin idarəçiliyində çevik və operativ bir modelin yaranmasına xidmət edəcək və bunun bəhrəsini də xalqımız və dövlətimiz görəcək”.

Hazırda yerli icra hakimiyyətlərinin idarəedilməsi sahəsində problemlərin olub-olmamasına gəldikdə, Ç.Qənizadə deyib ki, icra hakimiyyəti başçıları Prezidentin yerlərdəki nümayəndələridirlər.

Deputatın sözlərinə görə, bütün icra hakimiyyəti strukturundakı iş qaydasını, fəaliyyəti neqativ olaraq qəbul etmək olmaz: “İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik “dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir”.Trend.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar