Xəbər lenti
Sumqayıtda “Şəhadət” filmi nümayiş olundu - Fotolar
Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Gənclər Evində Gənclər və İdman Baş İdarəsinin və şəhər Veteranlar Şurasının birgə təşkilatçılığı İslam Həmrəyliyi, Tolerantlıq və İslam mədəniyyəti mözusunda tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Veteranlar Şurasının üzvləri, Gənclər Evinin könüllüləri və ictimai fəal gənclər iştirak etmişlər.
Çıxış edənlər - İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Veteranlar Şurasının sədri Leyla Qasımzadə, üzvü Tərlan Məmmədov, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədr müavini Əli Miriyev bildirdilər ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Cari ilin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən İslam Həmrəyliy ili elan olunması da məhz Azərbaycanın islam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır. Qeyd olundu ki, Azərbaycanda uzun tarixi dövr ərzində formalaşmış tolerantlıq mühiti, multikulturalizim örnəyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması şəraiti bu gündə davam edir. Həmçinin IV İslam Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın ölkəmizin islam həmrəyliyin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı böyük tarixi əhəmiyyətə malik ictimai siyasi hadisə olduğunu qeyd etdilər.
Sonda iştirakçılar “Şəhadət filmi”ini izləmişlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar