Xəbər lenti 
					
 
		Yeni təhsil naziri kim ola bilər?- MİSİR MƏRDANOV EHTİMALDAN DANIŞDI

Dünən prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib.
Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb.
Hazırda təhsil naziri postuna kimin gətiriləcəyi müzakirə olunmaqdadır. İctimaiyyət müxtəlif versiyalar səsləndirir. Hətta keçmiş təhsil naziri Misir Mərdanovun yenidən bu vəzifəyə qaytarılacağını mümkün sayanlar da var.
Manevr.az xəbər verir ki, modern.az saytı Misir Mərdanovla əlaqə saxlayaraq yeni təhsil nazirinin kim olacağı ehtimalını xəbər alıb.
“Kimin nazir təyin olunması cənab prezidentin sərəncamındadır. Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”, – deyə Misir Mərdanov bildirib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















