Xəbər lenti
“Nəqliyyat Könüllüləri” devizi altında könüllülər qrupu yaradılıb -SUMQAYITDA/ FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat Könüllüləri” devizi altında sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə könüllülər qrupu yaradılıb. Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər iştirak edib.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş idarəsinin rəis əvəzi Mübariz Bəşirov iştikaçıları salamlayaraq vurğuladı ki,tədbirin keçirilməsində məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq,qayda qanuna riayət etmək və bununlada daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaqdır. Mübariz Bəşirov bildirdi ki, şəhər ərazisində gedən abadlıq işləri çərçivəsində nəqliyyat sistemidə təkmilləşdirilib. Beləki Sumqayıtda sakinlərin mənzil başına gediş-gəlişi rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitərindən istifadə olunur.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə sərnişin daşıma idarəsinin rəisi Seyfulla Əsədullayev çıxış edərək bildirdiki şəhərimizə 101 yeni sərnişin daşıma avtomobilləri gətirilib ki, maarifləndirmə işində çıxış edəcək könüllülər də qrup şəklində Baş İdarə və Nəqliyyat Departamenti əməkdaşlarının müşayətilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işini aparacaqdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar