Xəbər lenti
İndi insan dərisi də kağız kimi printerdən çıxacaq - FOTO
Çində mütəxəssislər tərəfindən insan toxumalarını çap edə bilən 3D bioprinter ixtira edilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, insan toxumalarını kütləvi şəkildə çoxaldan bioprinterlərin köməyi ilə insan orqanizmində qığırdaq, qaraciyər və hətta dəri toxumaları çap edilə bilər.
3D bioprinter Çinin məşhur texnologiya şirkətlərindən biri olan "Regenovo" tərəfindən hazırlanıb. Şirkət rəhbəri Syu Minyen hazırlanan qurğu ilə bağlı mətbuata açıqlamasında, səhiyyə sistemi üçün inanılmaz kəşf olduğunu bildirib:
"Yüksək keyfiyyət və çap sistemi ilə tibbi materialların kütləvi istehsalı kliniki tətbiqlər üçün, xüsusilə laboratoriya sistemi üçün inanılmaz şərait yaradacaq".
Müasir dövrdə toxumaların üçölçülü (3D) çapı geniş yayılmayıb. Bu günə qədər mövcud cihazların sürəti olduqca zəif olduğu üçün faydalılıq əmsalı da aşağı düşür.
3D bioprinter 1,6×1,0×1,9 metr ölçülərində, müxtəlif toxumaları yüksək keyfiyyətlə və daha tez hazırlamağa imkan verən ucluqlarla təchiz edilib. Bioprinterdə istilik dərəcəsini tənzimləmək mümkündür. İstehsal olunan hüceyrələrin keyfiyyətinə printerin daxilində quraşdırılmış xüsusi skaner nəzarət edir. Hazırda qurğu kliniki sınaqlardan keçirildiyi üçün, çap edilmiş orqanlar dərhal istifadə edilə bilməyəcək. Buna baxmayaraq, bioprinterin tezliklə birbaşa təyinat üzrə tətbiq edilməsi planlaşdırılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar