Xəbər lenti
Hacı Məmmədovun meyiti yaxınlarına verilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində inthar etmiş DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti Patoloji Anatomiya Bürosunda yarılaraq müayinə olunub.
Manevr.az "report”a istinadən xəbər verir ki, daha sonra meyit H.Məmmədovun yaxınlarına verilib.
Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən, ömürlük həbs cəzası alıb. Onun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar