Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur klinikanın tanınmış həkimi qızı komaya saldı - Beyninə yad material gedib - FOTO

Tarix: 05-12-2017 12:19     Baxış: 6372 A- / A+
Bakıda məşhur klinikanın tanınmış həkimi qızı komaya saldı
Bakıda yerləşən məşhur klinika "Grand Hospital"da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.

Manevr.az medicina.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər.

A.Mirzəyevanın atası Əlimusa Mirzəyev məsələ ilə bağlı danışarkən bildirib ki, xəstəxana heyəti qızın komaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar".

Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!"

Məsələ ilə bağlı əməliyyatı edən həkim İlqar Hüseynov suallara cavab verməyib: "Saat 5-dən sonra zəng edərsiniz".

Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.

Fotoda invaziv radioloq İlqar Hüseynov
Bakıda məşhur klinikanın tanınmış həkimi qızı komaya saldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar