Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mavi balinaya görə uşaqların intihar etməsi öz təsdiqini tapmayıb - Rəsmi

Tarix: 05-12-2017 11:41     Baxış: 5325 A- / A+
Mavi balinaya görə uşaqların intihar etməsi öz təsdiqini tapmayıb
“Mavi balina” oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bunu trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Belə oyunların uşaqların psixologiyasına zidd olduğunu vurğulayan P.Əliyev hesab edir ki, əslində, “Mavi balina”nı oyun da saymaq olmaz:” Bu, şəbəkə formatındadır və “facebook”, “odnoklassik” kimi şəbəkələrdə yayılır. “Əgər bu, hansısa proqram olsaydı, onu əngəlləmək daha asan olardı. Amma bu, şəbəkə formatındadır. Ona görə də onu əngəlləmək bir qədər çətindir”.

“Mavi balina”nın uşaqları təhlükəli əməllərə sövq etdiyini nəzərə çatdıran P.Əliyev qeyd edib ki, internetdə uşaqlar üçün yalnız “Mavi balina” təhlükəsi yoxdur: “İnternetdə kifayət qədər digər təhlükəli məsələlər də var. İnternetdə elə oyunlar var ki, onun haqqında yazılmır, uşaqlar ondan istifadə etmirlər, amma o daha təhlükəlidir. Bunlarla bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var”.

Komitə rəsmisi əlavə edib ki, uşaqlar internet üzərindən gələn istənilən təhükəyə qarşı daha həssasdırlar: “Nəzərə alaq ki, uşaqlar müasir texnologiyalara daha meyllidirlər. Bu oyunları quranlar da uşaqların psixologiyasını yaxşı anlayırlar. Onlara hansı istiqamətdə təsir etməyin lazım olduğunu çox gözəl bilirlər. Burada əsas məsələ uşaqarın gözlənilən təhlükələr barədə maksimum məlumatlandırılmasıdır. Uşaqların davranışını nəzarətdə saxlanıldıqda onun gündəlik fəaliyyəti ilə bağlı təsəvvür yarana bilər. Təbii ki, intihar etmək istəyən uşağın davranışı dəyişir. Buna görə də həm məktbdə, həm evdə, ümumilikdə cəmiyyətdə uşaqlara qarşı diqqətli olmaq lazımdır və bu uşaqların bu məsələ ilə bağlı maarifləndrilməsi lazımdır”.

Komitə rəsmisi hesab edir ki, bəzən maarifləndirmə tədbiri sayılan tədbirlərin özü belə əsk effekt verə bilər. Ona görə də belə tədbirlərin keçirilməsində də olduqda ehtiyatlı olmaq lazımdır: “O qədər uşaq olur ki, məlumatı oxuyur, oyunun təhıükəli olduğunu bilir, bununla belə, uşaq olduğu üçün oyunun sonunun necə olduğunu öyrənmək üçün yenə də oraya daxil olur. Oyunu da elə adamlar hazırlayırlar ki, psixoloji cəhətdən uşağı ələ ala bilirlər. Mən bu yaxınlarda narkotiklərlə bağlı sosial çarxa baxmışdım. Orada narkotik necə hazırlanır, şprisə necə yığılır - onunla bağlı hər şey ətraflı izah olunur. Guya sosial çarxın mənası odur ki, uşaqları narkotikdən yayındırsın. Amma onu uşaqlara elə göstərirlər ki, bunu hətta reklam kimi də qəbul etmək olar”.

P.Əliyev qeyd edib ki, ona görə də belə məsələlərdə uşaqlarla psixoloqlar işləməlidirlər. Eyni zamanda, hər bir uşaq diqqətdə saxlanılmalı, valideynlər ayıq-sayıq olmalıdırlar.

Qeyd edək ki, son zamanlar internetdə “Mavi balina” adlanan daha bir təhlükəli oyun yayılıb. Bu oyunun şərtlərinə əsasən, iştirakçılar qollarını kəsib şəklini yükləməli, qorxulu videolara baxmalı, hündür yerdə fotosunu çəkib göndərməli və s. qorxunc və təhlükəli tapşırıqlar yerinə yetirməlidir. Türkiyə, Rusiya və digər ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Bu oyun artıq Azərbaycanda da yayılmağa başlayıb. Yayılan məlumatlara görə, Azərbaycanda da bəzi uşaqlar "Mavi balina" ilə əlaqədar özünü intihar etmək istəyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar