Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pasport və şəxsiyyət vəsiqələrini itirənlər üçün cərimə sərtləşdirildi

Tarix: 01-12-2017 16:52     Baxış: 5468 A- / A+
Pasport və şəxsiyyət vəsiqələrini itirənlər üçün cərimə sərtləşdirildi
Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.

Bununla əlaqədar Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.

Qanuna əlavə olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -

10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.

Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -

10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar