Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu bizim və bütün müsəlman ölkələri üçün həqarətdir" - İranlı nazirin təhqirinə niyə susuruq?

Tarix: 30-11-2017 13:00     Baxış: 7775 A- / A+
"Bu bizim və bütün müsəlman ölkələri üçün həqarətdir" - İranlı nazirin təhqirinə niyə susuruq?


Noyabrın 28-i Ermənistanda rəsmi səfərdə olan İranın xarici işlər naziri ağayi Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında çox böyük yanlışlığa, mən deyərdim ki, Azərbaycan xalqının və dövlətinin heysiyyatına toxuna biləcək bir hərəkətə yol verdi.
Mən gözləyirdim ki, ən azından bu gün ölkəmizin xarici siyasət idarəsi iranlı nazirin açıq və təəssüf doğuran fikirlərinə etiraz edəcək, münasibət açıqlayacaq. Amma, üstündən bir gündən çox vaxt keçdi, yenə susuruq. Yaxşı, bu rus kopəyuşağını anladıq. Ehtiyat edirsiniz, irili-xırdalı siyasətçi və siyasətbazlarının sərsəmləmələrinə reaksiya vermirsiniz. Bəs iranlı nazirin belə düşünülməmiş, bəlkə də məqsədyönlü bu təhqirinə niyə susuruq? Mən demirəm ki, durub qonşu İran dövləti ilə münasibətləri gərginləşdirək. Amma, İran dövlətinin XİN nazirinin durub deməsi ki, "Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır" fikri sadəcə bizim və bütün müsəlman ölkələri üçün həqarətdir. Ən azından belə münasibət səhv və kökündən yanlışdır. Az qala Bakıdan iranlı nazirə hayqırasan ki, ay baba, ay erməni sevgisindən hayıl-mayıl olan nazir: işal edilmiş Qarabağda və dünyanın bir çox yerlərində islam adına olan bütün müqəddəsləri, məscid və minarələri, Quran və dini dəyərləri təhqir edən bir ölkə ilə nədən bu qədər "cici-bacısınız"? İncəliklərin gözəl başa düşürəm, amma siz belə hərəkətləriniz ilə çox biədəb görünürsünüz, vallahi-billahi, ağayi Məhəmməd Zərif! Hər gün anası-atası namaz qılan, dinə bağlı olan Azərbaycan əsgərinə xaincəsinə atəş açan, torpaqlarımızı rus ağalarının fəal dəstəyi ilə iyirmi ildən çox işğalda saxlayan, heç bir beynəlxalq hüquq və norma tanımayan bir tərbiyyəsiz dövlətin şəninə siz necə belə boğazdan yuxarı sözlər deməyə özünüzdə cürət tapırsınız? Əgər siz həqiqətən də, Ermənistanı sülhün və sabitliyin fəal tərəfdarı kimi qəbul edirsinizsə, yazıqlar olsun sizə. İcazə verin, sizin əsl müsəlman olmağınız haqqında bir az ciddi-ciddi düşünək. Heç olmasa, elədiklərinizi və dediklərinizi belə nümayişkarə bizlərə çatdırmayın və bizi də qıcıqlandırmayın.

Sözüm Azərbaycan Xarici İşlər Nazirliyində bu işlərə cavabdehlik daşıyan yoldaşlaradır: cənablar, bəlkə mən nəyisə düz eləmir və anlamıram? Dörd bir tərəfdən ortada qalmış günahsız adam kimi, yetən yetir, yetməyən də bizə daş atmağa çalışır. Kim olur olsun. Rusiyası, İranı, elə Amerikası və digər dövlətlər. "Sayanın quluyuq, saymayanın ağası" prinsipi ilə, heç olmazsa belələrinə yerini göstərək. Biz susduqca, dalı gələcək. Vallah, Ağabala, dalı gələcək, özü də, çox pis gələcək....Necə ki, son aylar, bəzilərinin ağızları dediklərini qulaqları deyəsən eşitmir... Necə ki, iranlı xarici işlər naziri, ağayi cənab Məhəmməd Zərif İrəvanda çox kobud və siyasi səhvə yol verdi... O və ya onun təmsil etdiyi ölkənin rəsmiləri bu fikrin açıqlamasını mütləq bizə verməlidirlər. Verməyəcəklərsə, bizim öz cavabımız olacaq. Ən azından cəmiyyət tərəfindən sərt və layiqli cavab.

Allah onun bəzi bəndələrinə sadəcə ağıl versin ki, o dostu ilə düşmənini nəhayət ki, tanıya və ayrıd edə bilsin.
Tanrı Azərbaycanımızı qorusun!!



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar