Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özəl klinikalar hotel xidməti də göstərir-Bakıda xəstəxanada qalmaqal - FOTOLAR

Tarix: 29-11-2017 17:55     Baxış: 5481 A- / A+
 Özəl klinikalar hotel xidməti də göstərir-Bakıda xəstəxanada qalmaqal
Bakıda fəaliyyət göstərən özəl klinik xəstəxanaların biri xəstənin yaxınlarından gecə qalmaları üçün əlavə vəsaitin ödənilməsini tələb edir.

Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elşən Məhərrəmli adlı istifadəçi paylaşım edib.

Onun paylaşdığı elan isə “Premium” klinikasına aiddir. Elandan da aydın görünür ki, gecə xəstənin qalması üçün ödəniş etmək lazımdır. Hətta bunu da yaş qruplarına bölüblər.

Belə ki, 10 yaşadək uşaqların yanında qalmaq pulsuz, 11-13 yaş arası yeniyetmələrin yanında qalmaq üçün isə təyin olunmuş məbləğin 50 faizini ödəmək lazım olacaq.
 Özəl klinikalar hotel xidməti də göstərir-Bakıda xəstəxanada qalmaqal
Məsələ ilə bağlı klinikanın rəhbəri Mübariz Nağıyev oxu.az-a açıqlama verib. O, elanın, həqiqətən də, onun rəhbərlik etdiyi müəssisəyə aid olduğunu etiraf edib: “Biz qanunsuz heç bir iş görmürük. Nə ediriksə, hamısı Azərbaycan qanunvericiliyinə tam uyğundur. Bu elanın yerləşdirilməsi də həmçinin. Biz özəl klinikayıq və bu cür ödənişlərin alınması tam qanunidir. Bu cür ödənişlər istər ölkəmizin, istərsə də digər dövlətlərin xəstəxanalarında aparılır”.
 Özəl klinikalar hotel xidməti də göstərir-Bakıda xəstəxanada qalmaqal
M.Nağıyev bildirib ki, xəstənin yanında 1 nəfərin qalması üçün 30 manat məbləğində ödəniş müəyyən edilib: “Bu, elə də böyük məbləğ deyil. Biz bu pulu gecəni xəstəxanada keçirən xəstələrin yaxınlarından yataq dəstindən istifadəyə görə alırıq”.

Səhiyyə Nazirliyindən isə oxu.az-a bildirildi ki, bütün dövlət müəssisələrində pasientlərə pulsuz olaraq xidmət göstərilir. Stasionar müalicə alan xəstələrin yaxınlarının onlara baş çəkməsi tam ödənişsizdir: “Amma orada müəyyən vaxt təyin olunur. Yəni təyin olunmuş vaxtda xəstənin yaxınları onlara baş çəkə bilər. O ki qaldı özəl tibb müəssisələrinə, onlar xəstəxanalara müraciət etmiş pasientlərlə münasibətləri Azərbaycan qanunvericiliyi çərçivəsində özləri müəyyən edir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar