Xəbər lenti
Keçmiş sevgilisi qadına həb verib, 3 gün təcavüz etdi
Türkiyədə ayrıldığı sevgilisini qaçırdaraq günlərlə təcavüz edib. Hadisə İzmirdə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə 30 yaşlı gənc özündən 6 yaş kiçik sevgilisini həblərlə yuxuya verib, 3 gün zorlayıb.
Belə ki, 24 yaşlı qadın bir müddət dostluq etdiyi 30 yaşlı S.O ilə sevgili olub. Ancaq qısa müddət sonra qadın münasibəti bitirmək qərarına gəlib. Münasibətlərinə son oymaq istəməyən kişi sevgilisinə sonuncu dəfə görüşmək və danışmaq istədiyini deyib. Y.Ç adlı qadın razı olmasa da sonradan görüşmək qərarına gəlib.
Y.Ç-nin iddiasına görə, ayrıldığı sevgilisi onun içkisinə həb qataraq kirayə qaldığı evə aparıb və 3 gün məcbur şəkildə yanında saxlayıb. İddiaya görə, bu müddət ərzində sevgilisinə təcavüz edən kişi onun çılpaq şəkillərini çəkərək şantaja başlayıb.
Üç gün sonra S.O tərəfindən sərbəst buraxılan və psixoloji travmadan xilas olmağa çalışan qadın "vatsap”dan gələn mesajları gördükdən sonra şoka düşüb. S.O çəkdiyi çılpaq şəkilləri gənc qadının özünə göndərib, onları internetdə yayımlamaqla şantaj edib. Ancaq tələb etdiyi 17 min TL (təxm.8 min manat) pulu ödəyərsə şəkilləri siləcəyini deyib.
Qadın əvvəlcə keçmiş sevgilisinə istədiyi pulu verib. Lakin kişi həmin fotoları dostlarına göndərib və başına iş gələrsə yaymalarını istəyib. Bundan sonra gənc qadın hüquq mühafizə orqanlarına müraciət edib. Onun ən böyük dəlili isə keçmiş sevgilisinin göndərdiyi çılpaq şəkilləri və təhdid mesajları olub.
Qadın məhkəmədən onu zorlayan sevgilisi haqqında 17 ilə qədər həbs cəzası və təzminat tələb edib. S.O isə haqqındakı iddiaları qəbul etməyib.
Prokuror şərti olaraq azadlığa buraxılan S.O haqqında ən ağır cəzanın verilməsini tələb edib. Yaxın günlərdə baş tutacaq məhəkəmədə sevgilisini təcavüz edən kişi haqqında qərar veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar