Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniya 13 yaşlı azərbaycanlı qızın müdafiəsinə qalxdı

Tarix: 29-11-2017 11:53     Baxış: 5286 A- / A+
Almaniya 13 yaşlı azərbaycanlı qızın müdafiəsinə qalxdı


13 yaşlı Ofeliya Quliyevanın və anasının zorla deportasiyası Almaniyada qalmaqala və kütləvi etirazlara səbəb olub.


Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, azərbaycanlı qızcığazın və onun ailəsinin başına gələnləri onlarla alman nəşri yayımlayıb.

Quliyevlər ailəsi 8 il Yuxarı Frankoniya torpağının Kulmbax şəhərində yaşayıb. Ailə alman cəmiyyətinə uğurla inteqrasiya olunub və heç bir dil problemi olmayıb. Lakin bu qədər vaxtda ailəyə ölkədə yaşayış hüququ verilməyib.

Almaniya mətbuatı yazır ki, Ofeliya Quliyevanın və ailəsinin deportasiyası nonsensdir. Onların polisin və xüsusi orqanların müşayiəti ilə gecə vaxtı deportasiya olunmaları azmış kimi, ailəni həm də parçalayıblar. Belə ki, Ofeliyanın kiçik qardaşı Sahib atası ilə birlikdə Almaniyada qalıb. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə inansaq, onları da yaxın zamanda deportasiya gözləyir.

Quliyevlər ailəsinin əhvalatını "faciəvi” hesab etmiş alman ictimaiyyəti dərhal qızın və anasının müdafiəsinə qalxıb.

"Gecə yarısı deportasiya etmək vacib idimi? Bu təcrübəyə son qoymaq lazımdır. Oğlumun sinif yoldaşını da gecə yarısı zorla deportasiya ediblər. O, hələ də dostunu itirdiyinə görə özünə gələ bilmir”, - yerli sakin Keyt D. deyir:.

Kulmbaxın digər sakini Renger B. də onunla razılaşır:
"Ailəni parçalamaq insanlıqdan kənardır. Daha dolğun araşdırma aparmaq lazım idi”.

Tereziya K.-nın sözlərinə görə, Almaniyadan qaçqınların deportasiyası qaydalarına yenidən baxılmalıdır:

"Ağır cinayətlər törətmiş insanlar məhkəmə araşdırması aparılmadan deportasiya edilməlidir. Digər tərəfdən, Ofeliyanın ailəsi kimi ailələr alman cəmiyyətinə uğurla inteqrasiya olunublar və hakimiyyət güzəştə getməlidir ki, onlar ölkədə qala bilsin”.

Özlərinə bəraət qazandırmaq üçün yerli hakimiyyət nümayəndələri bildirirlər ki, Ofeliyanın anası sosial orqanlara yalan məlumat verib. O ki qaldı gecə vaxtı deportasiya qaydasına, bunu təhlükəsizlik məqsədilə, etirazların qarşısının alınması üçün edirlər.

Almaniya 13 yaşlı azərbaycanlı qızın müdafiəsinə qalxdı

Yerli Zamirçor xoru da Ofeliyanın müdafiəsinə qalxıb. Sən demə, qızın fitri istedadı var və o, bu xorda iştirak edir. Kollektiv artıq "Ofeliyamızı qaytarma istəyirik!” kampaniyası çərçivəsində imza toplayır. "Ofeliya çox istedadlıdır və bizim üçün, xor üçün darıxır”, - xorun rəhbəri Barbara Bayer deyir.

"Bu gənc istedadın Azərbaycanda heç bir inkişaf perspektivi yoxdur. Onun itib-batmasına yol vermək olmaz”, - B.Bayer əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar