Xəbər lenti
İntellektual yarışın qalibləri Cocuq Mərcanlı kəndində - FOTOLAR
"İpək Yolu Qloballaşmaya Dəstək” İctimai Birliyi Azərbaycan respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aprel Qəhramanlaının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə başa çatıb.
Manevr.az xəbər verir ki, layihə intellektual yarışlar vasitəsi ilə 2016-cı aprel döyüşləri haqqında həqiqətlərin gənclərə çatdırılması, həmin döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin cəmiyyətdə tanıdılması və təbliğinə, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək məqsədi daşıyırdı. Layihə çərçivəsində əvvəlcə ayrı-ayrı universitetlərin tələbələri məlumatlandırılıb. Bir neçə universitetin gənclərindən ibarət 20-dən artıq komanda müəyyənləşdirilərək intellektual yarışa cəlb edilib.
Noyabrın 25-də Bakıda keçirilmiş yarışlardan əvvəl "İpək Yolu Qloballaşmaya Dəstək” İB-nin sədri Aqil Əsədov gənclər qarşısında çıxış edərək bu intellektual oyunun məqsəd və məramlarından danışıb. O, 2016-cı ilin aprelində ordumuzun əsgər və zabitlərinin qəhramanlıqları, onların düşmən üzərində sarsıdıcı qələbəsindən söhbət açıb. İctimai Birliyin sədri gəncləri bu tarixi qələbənin qazanılmasında canını qurban vermiş igidlərimizi daim xatırlamağa, onların döyüş yolunu örnək seçməyə və təbliğ etməyə çağırıb.
Tədbirdə çıxış edən gənclər də öz növbəsində şəhidlərimizin qəhramanlıqlarından geniş söhbət açıblar.
Daha sonra intellektual yarışa statrt verilib. Yarışın sonunda qalib komandalar mükafatlandırılıb. İştirakçılara sertifikatlar verilib. Növbəti mərhələdə layihədə nəzərdə tutulduğu kimi, qalib komandaların üzvləri və yarışmada aktiv iştirak edən gənclərin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib.
Həmin səfərin təşkili ilə ümumilikdə ümumilikdə 30-a yaxın gəncin "Aprel döyüşləri"ndən sonra əsaslı şəkildə yenidən qurulmuş Cocuq Mərcanlı kəndi ilə yaxından tanış olmaq imkanı qazanıb. Layihə iştirakçıları əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Daha sonra iştirakçılar Cocuq Mərcanlı kəndində yeni tikilmiş məktəbə baş çəkərək müəllim və şagirdlərlə, kənd ictimaiyyəti ilə görüşüblər. Görüşdə ordumuzun qəhramanlıqlarından kəndin erməni nəzarətindən azad edilməsindən geniş söhbət açılıb. Sakinlər "Aprel döyüşlərindən sonra prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən bərpa edildiyini, bütün sosial infrastrukturların yaradıldığını, burada iş yerləri açıldığını və bu prosesin sürətlə davam etdiyini minnətdarlıqla bildiriblər.
Daha sonra gənclər Cocuq Mərcanlı kəndində görülən işlərlə yaxından tanış olublar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar