Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda əsgərlikdən gəlib 4 yaşlı qıza təcavüz edən şəxsin cəzası AÇIQLANDI

Tarix: 28-11-2017 13:50     Baxış: 3644 A- / A+
Naxçıvanda əsgərlikdən gəlib 4 yaşlı qıza təcavüz edən şəxsin cəzası AÇIQLANDI
Naxçıvanda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu il iyulun 30-da axşam saatlarında baş verib.

Hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Azyaşlı həyatını itirib.

Ələsgər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ələsgər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar