Xəbər lenti
Müştərilər kamera görüntülərini tələb edə bilməz
Bəzən ticarət müəssisəsində hansısa məsələyə görə sahibkar və müştəri arasında mübahisə yaşanır. Müasir dövrdə belə mübahisələrə son qoymağın daha asan yolu var. Bunun üçün mağazada, restoranda və ya başqa ticarət müəssisəsində olan müşahidə kamerasında olan görüntülərə baxmaq yetərli olur. Bəzən isə müəssisə sahibi görüntüləri müştəriyə göstərməkdən imtina edir. Bəs görəsən bu necə tənzimlənməlidir?
Məsələ ilə bağlı modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür şikayətlər daxil olur. Xüsusən istehlakçıların əl çantalarına baxılması, çantalarla içəri daxil olmağa qadağanın qoyulması ilə bağlı narazılıqlar var.
“Çox təəssüflər olsun ki, ticarəti tənzimləyən Nazirlər Kabinetinin 94 saylı qərarında və digər sənədlərdə bu məsələlər həllini tapmayıb. Ticarət zallarında bu kimi məsələlər heç bir sənəddə öz əksini tapmayıb. Onu da qeyd edək ki, istehlakçı narazı olduğu xidmətə və dəqiqləşdirməyə görə kamera görüntüsü tələb edə bilər.
Lakin kommersiya qurumu video görüntünü göstərə də bilər, göstərməyə də bilər. Bütün hallarda kameralara məcburi baxış polis tərəfindən həyata keçirilə bilər. Dövlət orqanları tərəfindən istehlakçının istəyinə uyğun olaraq sahibkarın kamera görüntülərini istehlakçıya göstərməsi qanunvericilikdə öz əksini tapmayıb”.
O bildirib ki, istehlakçı belə hallarla bağlı çətinlik çəkdikdə polisə müraciət etməlidir.
“Sahibkarın istehlakçıya kamera göstərməsi məcburiyyət kimi qoyulmayıb. İstehlakçı xahiş edə bilər, əgər mümkün olsa kamera görüntüsü göstərilə bilər. Əgər sahibkar göstərməkdən imtina edərsə istehlakçı polisə müraciət edəcək hüququnu təmin edə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar