Xəbər lenti
Masallıda erkən nikahlarla bağlı maarifləndirmə işi aparılıb
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi "Region gəncləri erkən nikahlara qarşı” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Masallı şəhərində baş tutub. Tədbirdə rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və gənclər iştirak ediblər.
Masallı rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov qonaqları salamlayandan sonra erkən nikahlarla bağlı problemin təkcə bir ölkə, bir xalq deyil, bütövlükdə bəşəriyyət üçün aktual olduğunu deyib. Ə.Bayramov bildirib ki, bu problemin aradan qalxması üçün son illər Masallıda təsirli tədbirlər görülür. Onun sözlərinə görə, ali məktəblərə qəbul olan gənclər arasında qızların sayının artması müsbət nəticə kimi qiymətləndirilə bilər.
“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycanda nikah yaşı 18-dir: "Yalnız istisna hallarda, üzrlü səbəblər olduqda 17 yaşda da evliliyə icazə verilə bilər. Ölkəmizdə il ərzində təxminən 4000 erkən nikah baş tutur. Belə nikahlardan 3500-ə yaxın körpə dünyaya gəlir. Bu statistika problemin ciddiliyindən xəbər verir. Bu cür mənfi mənfi halların aradan qalxması üçün cəmiyyəti səfərbər etmək lazımdır”.
S.Verdizadə deyib ki, erkən nikahlar sonradan ciddi fəsadlarla müşaiyət olunur: "Elm sübut edib ki, 18 yaşından kiçik anaların 30-35 faizinin yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski 19 yaşlı anaya nisbətən daha yüksəkdir. Bu yaş kateqoriyasına daxil olan anaların dünyaya gətirdikləri uşaqların sağ qalmaq ehtimalı 40 faizi ötmür. Azyaşlı anaların dünyaya gətirdikləri uşaqlarda tez-tez immunitet çatışmazlığı olur, onlar az qidalanmadan əziyyət çəkirlər. Bu kimi faktorlar erkən nikahlara qarşı mübarizəni gücləndirməyi qaçılmaz edir”.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov təəssüflə qeyd edib ki, erkən nikaha daxil olan qızlar yaxşı təhsil ala bilmirlər. Nticədə cəmiyyətin həyatında passiv iştirak edir, bir çox sosial layihələrdən kənarda qalırlar: "Tez ailə həyatı quran qızlar çox vaxt həyat yoldaşlarının təsiri altında qalır, fərdi təşəbbüslərini reallaşdıra bilmirlər. Bu üzdən də ömürlərinin sonuna kimi həyat yoldaşlarından və ya hansısa qohumlarından asılı vəziyyətdə qalırlar. Belə qadınlar həyat yoldaşlarını itirəndə, yaxud ondan ayrılanda yoxsulluğa məhkum olurlar. Odur ki, hər bir valideyn ilk növbədə qız uşaqlarının daha yaxşı təhsil almasına çalışmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar