Xəbər lenti
"Doğuşdan həm qızdır, həm də oğlan" - cinsini dəyişən 12 yaşlı uşağın həkimi
Bu gün Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.
Manevr.az-ın məlumatına görə, əməliyyat “İstanbul NS” klinikasında gerçəkləşdiriləcək. Əməliyyat zamanı uşaq qadın ediləcək.
Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov əməkdaşımızla söhbətində prosedurun qanuni yollarla edildiyini söyləyib.
Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:
“Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizim deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı.
Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”. (axşam.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar