Xəbər lenti
116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ
ABŞ-ın Kaliforniya əyalətindəki bir yanğınsöndürmə binasında asılan lampa 116 ildir ki, fasiləsiz olaraq yanmaqdadır.
Publika.az xəbər verir ki, 1901-ci ildən bəri yanan lampa müxtəlif fasilələrlə yaşanan 3 elektrik kəsilməsi xaricində heç vaxt sönməyib.
Lampanı hazırlayan və yanğınsöndürənlərə hədiyyə edən isə Adolf Çaylet olub. O, dövrünün böyük alimi Tomas Edison ilə rəqabətdə olub və ən yaxşı lapmanı icad etmək mövzusunda iddiaya girib.
Bu dözümlü lampanın qəribə hekayəsinin yalnız 1972-ci ildə fərqinə varılıb. 2001-ci ildə lampanın 100 illiyi şərəfinə yanğınsöndürmə binasında parti də təşkil edilib.
Lampanın bu qədər uzun müddət yana bilməsinin səbəbi isə planlaşdırılmış köhnəlmə anlayışıdır. Yəni, istifadə etdiyimiz bir çox alət və məhsullar istifadədən sonra müstəqil olaraq sıradan çıxacaq və ya lazımlılığını itirəcək formada istehsal edilir. Firmalar da daha çox məhsul istehsal etmək üçün bu yola əl atır və daha çox gəlir əldə edir.
Qeyd edək ki, o dövrdə 60 vattlıq istehsal edilən lampa bu gün sadəcə 4 vatt işıq yaysa belə, yenə də yanmaqda davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar