Xəbər lenti
“Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında görüş keçirildi -Fotolar
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2017-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi, Sumqayıt Narkoloji Dispanser və Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə Kollecin alt zalında narkomaniyaya qarşı mübarizə istiqmətində “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüş təşkil edilmişdir.
İlk öncə iştirakçılar Baş İdarənin təqdim etdiyi və narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləmişlər.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşı Şahin Vəliyev, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov çıxışlarında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdilər. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2013 – 2018-ci illər üçün Dövlət Proqramı ilə bu istiqamətdə mübarizəsinin davam etdiyini qeyd etdilər. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını vurğuladırlar.
Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əlehinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər barədə məlumatlar verildi.
Sonda mövzu ətrafında tələbələrlə fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılmışdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar