Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaqqabını corabsız geyinən kişilərə - XƏBƏRDARLIQ

Tarix: 27-11-2017 10:13     Baxış: 5409 A- / A+
Ayaqqabını corabsız geyinən kişilərə - XƏBƏRDARLIQ
Son zamanlar kişilər arasında corabsız ayaqqabı geyinmə dəbi yayılıb. Çoxları bunu dəb xatirinə geyinir. Amma mütəxəssislər corabsız ayaqqabı geyinməyin çox ciddi zərərləri olduğuna dair xəbərdarlıq edirlər.

Manevr.az medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Elçin Sadıqov Ailem.az-a bildirib ki, ayaqqabı corabsız geyilən zaman qabar və qızartı ilə başlayan göbələk infeksiyalarının yaranma ehtimalı daha yüksəkdir: "Çünki ayaqqabının içi ayaqdakı nəmi tam olaraq əmmədiyindən bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Ayaqda bədənin hər yerindən daha çox tər vəzi olduğu üçün hər gün təxminən yarım litr tər istehsal edirik. Corab isə ayaqqabı ilə ayaq arasında bir baryer yaradır, təri əmir və ayaqqabının iylənməsinin qarşısını alır. Ayaqqabını corabsız geyindikdə isə ayaq nəm qalır və bu, ciddi göbələk infeksiyalarının yaranmasına səbəb olur. Üstəlik ayaqqabıların hazırlanma materialı, haradan gətirildiyi məlum olmadığı üçün bu tip xəstəliklər daha geniş yayıla bilər. Hazırda istehsal edilən ayaqqabıların çoxunun içində nəfəs almayan sintetik bir material istifadə olunur. Ayaqqabının iç astarı nəfəs almadığında nəm, isti və bakteriyalar ayaqqabının içində qalır. Göbələk infeksiyaları ayaqqabıları və corabları tez-tez dəyişdirmədikdə də yaranır".

E. Sadıqov məlumat verdi ki, ayaqda göbələk olan zaman xırda suluqlar, qabıqlanma, dəri soyulması, tərləmə, pis qoxu və sair kimi əlamətlərə rast gəlinir: "Bu əlamətlər olan zaman ev şəraitində göbələyi müalicə etməyə çalışmasınlar. Həkimə müraciət etsinlər. Həkim müdaxiləsi ilə göbələk müalicə olunan bir xəstəlikdir".

Ayaqqabıların içində zərərli bakteriyaların yaranmasının qarşısını almaq üçün onu ən azı 48 saat havalandırmaq lazımdır. Bundan başqa quru çay paketləri də ayaqqabıların içindəki nəmi almaq üçün bir başqa vasitədir. Ayaqqabının içinə gecədən quru çay paketləri qoyub sabaha qədər saxlayın ki, nəmi özünə çəksin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar