Xəbər lenti
Bakının bu mağazasında köhnə və yuyulmuş mallar satılır - XƏBƏRDARLIQ

"Outlet" mağazasında köhnə, yuyulmuş mallar satılır. Manevr.az xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov məlumat yayıb.
Ekspert bildirib ki, Bakı şəhəri Xətai rayon sakini K. Əhmədov(istehlakçı adının və telefonunun verilməməsini xahiş edib) ərizə yazaraq onlara şəhərdəki mağazalardan birindən şikayətini bildirmişdi. Belə ki, istehlakçı Xətai rayonu M. Hadi küçəsi 55 ünvanında yerləşən "Outlet” mağazasından 88 AZN ödəyərək 2 gödəkçə aldığını deyir. Lakin evə apardıqdan sonra gödəkçənin geyinilmiş, köhnə mal olduğunu gördüyünü və geri qaytarmaq üçün mağazaya getdiyini bildirir. Mağazanın satıcısı gödəkçənin həqiqətən də köhnə olduğunu etiraf etsə də, onu qaytarmaqdan imtina edib. AİİB bu şikayəti mediasiya yolu ilə həll edə bilmədiyi üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciət ünvanlayıb.
AİİB istehlakçılara müraciət edərək, diqqətli olmağa çağırıb: "Hörmətli istehlakçılar, diqqətli olun, sizi hər yerdə aldatmağa cəhd göstərirlər".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar