Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə sürücünün iştirakı olmadan ona - Cəza verəcək

Tarix: 26-11-2017 11:04     Baxış: 5363 A- / A+
Məhkəmə sürücünün iştirakı olmadan ona - Cəza verəcək
“Yol hərəkəti haqqında” qanunun 529-cu maddəsi “Müvafiq cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə” haqqında qərarın icra edilməməsi ilə bağlıdır.

Bu sözləri teleqraf.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qanunun 529.3-cü maddəsinin tələblərinə uyğun olaraq sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması qərarını sürücünün iştirakı olmadan çıxarması barədə danışarkən deyib.

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunun tələblərini pozanlara cəza növündə tətbiq edilən protokol tədbir görülməsi üçün məhkəməyə göndərilir: “Məhkəmə də qanunun 529.3-cü maddəsində deyildiyi kimi, sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə baxır.

Bu qərarın qəbuluna qədər vətəndaşa 2-3 dəfə çağırış göndərirər ki, məhkəməyə gəl. O da gəlmir və deməli, işə onun iştirakı olmadan baxıla bilər”.

Məsələ ilə bağlı keçmiş keçmiş hakim, hazırda Vəkillər Kollegiyasının üzvü Namiq Hacıyev bildirib ki, sürücü məhkəməyə gəlmədiyi halda məhkəmənin onun iştirakı olmadan qərar çıxarmaq səlahiyyəti var: “Məhkəmə cavabdeh şəxsi bir neçə dəfə məlumatlandırır. Sübut varsa ki, məlumat gedib həmin şəxsə çatıb, o, gəlməyib, onda məhkəmənin qərar çıxarmaq hüququndan istifadə edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar