Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibbi sığorta reallaşır - şərtlər necə olacaq?

Tarix: 22-09-2016 08:59     Baxış: 3490 A- / A+
Tibbi sığorta reallaşır
Ekspertlər əhalinin geniş və əhəmiyyətli şəkildə sığortalanacağını isitsna edirlər, çünki...
Uzun illər ərzində müzakirə edilən icbari tibbi sığorta yenidən gündəmə gətirilib. Artıq bu istiqamətdə addımların atıldığı bildirilir. Məsələn, paketə daxil olan xəstəliklərin siyahısı Nazirlər Kabinetinə təqdim edilib.


Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, icbari tibbi sığorta paketinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Direktor APA-ya açıqlamasında deyib ki, paketə daxil olan xəstəliklərin siyahısı ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bir sıra xəstəliklər- onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. “Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq”,- Z.Əliyev deyib.

Tibbi sığorta zərfinə müəyyən bahalı əməliyyatlar da daxil edilib. Z.Əliyevin sözlərinə görə, araşdırmalar zamanı ölkə vətəndaşlarının ən çox əziyyət çəkdiyi və daha çox vəsait tələb edən xəstəliklərin siyahısı müəyyən edilib: “Bu, əsasən ürək-damar xəstəlikləridir. Ona görə də beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil edilib. Bir sıra xəstəliklər- onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyi nəzərdən keçiririk”.

Qeyd edək ki, Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun 17 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi tətbiq edilməyib. İcbari tibbi sığorta imkanından yalnız xarici şirkətlərdə çalışanlar istifadə edə bilirlər. Bu yaxınlarda icbari sığortaya Azərbaycanın bölgələrindən başlanacağı açıqlanıb. Müstəqil ekspertlər əhalinin geniş və əhəmiyyətli şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Bildirilir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı. İndi isə neftin qiyməti düşüb, ölkənin gəlirləri azalıb.

Professor Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, ölkədə effektiv tibbi sığorta sisteminin formalaşdırılması hazırkı iqtisadi vəziyyətdə problemli görünür: “Sovet ölkəsinin süqutundan sonra ölkədə əhaliyə effektiv, geniş əhali kütlələri üçün əlçatan tibbi yardımın göstərilməsi sistemi formalaşdırılmayıb. Geniş əhali kütlələri üçün əlçatan tibbi yardımın göstərilməsi sistemi yaradılmayıb. Digər tərəfdən isə ölkənin mövcud iqtisadi problemlərinin dövlət büdcəsi xərcləri, o cümlədən səhiyyə sisteminə ayrılan və heç də böyük rəqəmlərlə ifadə olunmayan xərclər belə büdcə üçün ağırlıq təşkil edir. İndiyədək tibbi sığortanın tətbiq edilməməsi bununla izah oluna bilər. Beləliklə, ölkənin səhiyyə sistemində mövcud olan problemlər artıq cəmiyyətin geniş təbəqələrində, o cümlədən hökumət dəhlizlərində müzakirə obyektinə çevrilib. Sözsüz ki, pulsuz sovet səhiyyə sisteminə qayıdış real deyil. Bununla belə, bazar iqtisadiyyatına keçid zamanı yaranan problemlər səhiyyə sistemində bir çox sistemli problemlərin əmələ gəlməsinə səbəb olub. Bunlar səhiyyə sistemində prioritetin əhalinin sağlamlığından yüksək mənfəətin əldə olunmasına doğru yönəldilməsi, əhalinin təbəqələşməsindəki disbalansın formalaşması nəticəsində bir çox hətta mürəkkəb texnoloji tutumu olmayan tibb xidmətlərinin əhalinin geniş təbəqələri üçün əlçatmaz olması, ölkənin tibbi təhsil sisteminin kəskin tənəzzülə uğraması, ölkədə səhiyyə sferasında menecmentin hazırlanması və digər mühüm problemlərdir”.

Ekspert qeyd edib ki, tibbi sığorta sisteminin tətbiqi dünya praktikasında səhiyyə sisteminin dayanıqlı inkişafı istiqamətində qəbul olunmuş mexanizmdir. Lakin ölkədə effektiv tibbi sığorta sisteminin formalaşdırılması hazırkı iqtisadi vəziyyətdə problemli görünür. “Bu, ilk növbədə bu istiqamətdə işlənilən proqramların maliyyələşdirmə mənbələrinin tapılmasında yaranan problemlərlə bağlıdır. Şübhəsiz, indiki vəziyyətdə və yaxın illərdə dövlət büdcəsi hesabına bu proqramların maliyyələşdirilməsi çox problematikdir. Digər tərəfdən, əhalinin bu proseslərin maliyyələşdirilməsinə cəlb olunması da perspektivli hesab oluna bilməz. Belə olan halda, prosesin universal deyil, səhiyyənin hansısa prioritet istiqamətləri üzrə pilot layihələr çərçivəsində tətbiqi daha real görünür ki, bu proses tədricən ölkənin səhiyyə sistemində effektiv tibbi sığortanın formalaşmasının presidenti olaraq gələcəkdə prosesin səhiyyənin digər sahələrində də tətbiqini mümkün edə bilər”,- deyə o vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar