Xəbər lenti
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq -FOTO

Azərbaycanın tanınmış aktyoru Tərlan Nur Yaşar (Tərlan Fərzullayev) müalicə və əməliyyat üçün Türkiyəyə gedib.
Manevr.az xəbər verir ki, o, Samsun Büyük Anadolu Çiftlik Hastanesi Laparoskopik Bariatrik ve Metabolik Cerrahi Klinikasında müalicə alacaq.
T.Nur Yaşar 7 ildir şəkər xəstəliyindən əziyyət çəkir və Türkiyədə həkim Muzaffer Al tərəfindən əməliyyat ediləcək: "Biz sənətçilər qidalanmağımıza və rejmimizə o qədər də diqqət yetirmirik. Ona görə də şəkər məni narahat etməyə başlamışdı. Buranı mənə Bakıda bir həkim dostum məsləhət görüb. Muzaffer Al analizlərimin cavabının müsbət olduğunu deyərək məni əməliyyat etməyi qəbul etdi".
Qeyd edək ki, T.Fərzullayev 1979-cu il iyulun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. O, "Bacanaqlar” , "Qonşular”, "Aramızda qalsın”, "Üç bacı”, "Qız atası” teleseriallarında çəkilib./report
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar