Xəbər lenti
“Quran müqəddəs kitab deyil” – Elşad Miri
“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.
A24.Az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.
Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.
-Bu Quranı adiləşdirmir?
Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik?
-Bu fikirlərinizə etiraz edən müsəlmanlar onu dəlil olaraq göstərirlər ki, Qurani Kərim müqəddəsdir və biz ona istənilən halda digər kitablar kimi yanaşsaq, digər kitabları necə dəstəmazsız əlimizə alırıqsa Qurani Kərimi də o cür əlimizə alsaq, bu yanaşma Quranı adiləşdirir.
“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar