Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəbər tələbələri çox sevindirəcək - Gözlənilən olur...

Tarix: 23-11-2017 15:40     Baxış: 3297 A- / A+
Bu xəbər tələbələri çox sevindirəcək - Gözlənilən olur...
Azərbaycanda 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsilini yarımçıq qoyub.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib.

Aydın Mirzəzadə metbuat.az-a açıqlamasında təhsil haqqlarının aşağı salınması ilə bağlı məsələyə toxunub. Millət vəkili bildirib ki, təhsil haqqları müəyyən qədər aşağı salına bilər:

“Təhsil haqqından alınan vəsait universitetlərin saxlanılmasına, müəllimlərin əmək haqqlarının artırılmasına, həmçinin universitetin maddi texniki bazasının artırılmasına yönəldilib. Bu baxımdan təhsil haqqının kəskin aşağı salınması inandırıcı deyil. Müəyyən qədər aşağı salına bilər. Amma nəzərə almaq lazımdır ki, bunu edən universitet qeyd olunan məsələlərə də vəsait ayıra bilsin.

7 min böyük rəqəm deyil. 162 min tələbə arasında 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Amma 7 min ailənin faciəsidir. Bu, gələcəkdə 7 min mütəxəssisin olmaması, cəmiyyətdə gərginliyin yaşanması deməkdir. Bu səbələ, tələbə krediti məsələsində çox ciddi addımlar atılmalıdır. Bununla bağlı artıq bir neçə universitet Tələbə Kredit Fondu yaradıb. Bu məsələdə ilk növbədə universitet tələbə krediti tədbiq etmək imkanına malik olmalıdır. Eyni zamanda, gələcəkdə nəinki universitet, kolleclərin tələbələrinə də kreditlə bağlı imkanlar yaratmalıyıq. Mənim təklifim Təhsilə Yardım Fondunun yaradılmasıdır.

Vaxtilə Silahlı Qüvvələrə Yardım Fondu yaradıldı və indiyə qədər bura 100 milyon manata qədər vəsait toplanıldı. Azərbaycan xalqı təhsilə böyük önəm verir. Hesab edirəm ki, imkanı olan hər kəs az və çox miqdarda vəsait keçirə bilər. Yardım Fondunun başqa br xüsusiyyəti daha var. Fond tələbələrə az faizlə uzun müddətlik kredit verərsə, 10 ildən sonra öz-özünü maliyyələşdirə biləcək. Verilən vəsait müəyyən müddətdən sonra geri qayıdacaq, bunun faizi götürüləcək. Biz 10 illərlə davam edən sistem yarada bilərik. Tələbələr ailələri gücə salmadan bu fondlara müraciət etməklə həmin təhsil haqqlarını ödəyə bilərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar