Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qriplə bağlı - Rəsmi açıqlama

Tarix: 23-11-2017 12:18     Baxış: 4279 A- / A+
Qriplə bağlı - Rəsmi açıqlama
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.
Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.

A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb:

"Bu ilki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələ ki, qrip virusları sirkulyasiya etmir”.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.

Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar