Xəbər lenti
İlk öncə bu məcburi köçkünlər evlə təmin ediləcək - "Qaçqınkom" rəsmisi
Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, son günlər bu məsələ ilə bağlı artıq ciddi hərəkətlənmə müşahidə edilir.
Aparılan işlər və məcburi köçkünlərin ən qısa zamanda evlə təmin olunması məsələsi ilə bağlı big.az-a danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov prosesin gedişatı ilə bağlı ətraflı məlumat verib: "Məcburi köçkünlərin köçürülməsi prosesi bu gün də davam edir. Hal-hazırda regionlarda yeni yaşayış massivləri salınır, bu barədə mətbuatda da ətraflı məlumatlar verilib. Tərtər rayonu ərazisində böyük bir hündürmərtəbəli yaşayış binası kompleksində artıq işlər başa çatdırılıb. Orada 34 ədəd 4 mərtəbəli yaşayış binası bütün zəruri sosial texniki infrastrukturla təmin edilərək başa çatdırılıb. Yəqin ki, nəzərdə tutulan zamanda həmin rayonda yaşayan məcburi köçkünlər həmin evlərlə təmin ediləcək.
Eyni zamanda Cocuqmərcanlıda əlavə yüz fərdi yaşayış evinin tikintisi, infrastruktur obyektləri ilə birgə başa çatdırılıb. Nəzərdə tutulan vaxtda isə ailələr həmin velərlə təmin ediləcəkdir. BUndan başqa Bakı şəhəri ərazisində də köçürmə prosesləri gedir.
Qeyd edim ki, bu günə qədər 250 min nəfər məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu gün ölkə başçısının siyasəti nəticəsində məcburi köçkünlərin həyat və yaşam səviyyəsi yüksəldilib. Bu hətta beynəlxalq təşkilatların monitorinqi zamanı da öz əksini tapıb. Hətta Azərbaycanın məcburi köçkünlərə qarşı bu diqqəti dünya müstəvisində təqdir edilir.
Birinci vitse prezidentin də keçirdiyi müşavirədə də bu məsələyə xüsusi diqqət ayırıldı və qəti tapşırıqlar verildi. Demək olar ki, bu gün görülən işlər həmin ciddi tapşırıqların bəhrəsidir ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.
Hazırda Qaradağ, Lökbatan qəsəbəsində böyük yaşayış kompleksi tikilib. Abşeron rayonu ərazisində Yeni Bakı yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşan 214 ailə evlə təmin edilib. Eyni zamanda Abşeron rayonu Masazır qəsəbəsi, Sabunçu rayonu Ramana qəsəbəsində ümumilikdə 4 ədəd hündürmərtəbəli bina salınmış, 260 ailə evlə təmin edilmişdir. Bu proses hazırda da öz axarı ilə davam edir.
İlk növbədə isə qəzalı binalarda, yataqxanalarda, Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilən ən ağır vəziyyətlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək. Daha sonra isə mərhələli şəkildə digər məcburi köçkünlərin evlə təmin olunacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar