Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov dövlətdən 1 milyon manat istəyir

Tarix: 22-11-2017 17:08     Baxış: 4357 A- / A+
Əflatun Amaşov dövlətdən 1 milyon manat istəyir
“Təcrübə göstərir ki, xaricdən ölkəyə informasiya təhlükələri mövcuddur və onlayn media bu təhlükələrə cavab verir. Amma bizim ölkədə onlayn mediaya ayrılan vəsait azdır”.

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirəsi zamanı deyib.

O qeyd edib ki, onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır: “Onlayn mediaya 1 milyon manat ayrılsa, bunun bəhrəsini görəcəyik. Müharibə şəraitində olduğumuz üçün informasiya sahəsinə vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib: “Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.faktxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar