Xəbər lenti
Telman İsmayılov Fransadan sığınacaq istədi
Milyarder Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.
Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, Telman İsmayılov Provansda məskunlaşmaq üçün Fransaya müraciət edib.
Milyarder Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşərək Rusiyanın güc sturukturlarının rəhbərləri ilə bağlı əlində kompromatların olduğunu bildirib. İsmayılov bunların qarşılığında siyasi sığınacaq istəyib.
Qeyd edək ki, noyabrın əvvəlində onun və qardaşı Vaqifin barəsində həbs qərarı çıxarılıb.
Onlar 2016-cı ilin mayında Podmoskovyedə Novorij şossesində törədilən iki qətldə ittiham edilir. Həmin gün ticarət kompleksinin sahibi Vladimir Savkin və “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilev qətlə yetirilib.
Bununla yanaşı, Telman İsmayılovun o biri qardaşı Rafiq də qətldə təqsirləndirilir. O, həbsdə saxlanılsa da, bu ittihamları rədd edir. Həmçinin Mehman Kərimov adlə şəxs də onunla birgə saxlanılıb.
Noyabrın 13-də Telman İsmayılov barəsində beynəlxalq axtarış elan edilib. Onun harda olması naməlum olaraq qalır. Bəzi mənbələrə görə, iş adamı ya Türkiyədə, ya da Fransada gizlənir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar