Xəbər lenti
Tovuz sakinindən maraqlı ixtira – VİDEO

Tovuz sakini maraqlı qurğu düzəldərək ondan təsərrüfat işlərində istifadə edir.
Manevr.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Tovuzlu fermer ixtira etdiyi maraqlı qurğu ilə elektir enerjisinə olan tələbatını ödəyə bilir. Rayonun Düz Qırıqlı kənd sakini Arif İsgəndərov Kür çayı yaxınlığındakı fermasında avtomobil hissələrindən böyük çarx düzəldərək axar su ilə onu hərəkətə gətirib. Müxtəlif vasitələrlə isə çarxı mühərriklə əlaqələndirib. Beləcə, 100-120 volt gücündə elektrik enerjisi əldə edib.
Təsərrüfatçı deyir ki, çarxı düzəltmək üçün xeyli vaxt və əmək sərf edib. Detalların hamısı tullantılar olduğu üçün, cihaza, elə də çox vəsait xərcləməyib. Qurğudan alınan enerji ilə məişətdə istifadə olunan elektrik avadanlıqlarını da işə salmaq mümkündür.
Arif Əsgərov deyir ki, qonşu fermalar da qurğudan yararlana bilir. Təsərrüfatçı gələcəkdə çarxı təkmilləşdirib daha çox enerji əldə etmək istəyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar