Xəbər lenti
Təhqir olunan sürücü: - “Azərbaycan dilini mükəmməl bilməyən insan necə dövlət orqanında çalışa bilər?” -VIDEO
“Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında YPX əməkdaşı Elçin İsmayılovun səhvən məni təhqir etdiyini bildirib. Guya çox dil bildiyindən E.İsmayılov “Sənin başın partlayar” ifadəsini işlədib.Çox dil bilən insan “partlayar” sözü ilə “ağrıyar” sözünün mənasını necə bilməz? Məgər çox dil biləndə vətəndaşı təhqir etmək olar?”. Bunu Mynews.az-a açıqlamasında YPX əməkdaşı Elçin İsmayılov tərəfindən təhqir olunduğunu bildirən sürücü Seymur Əmirov deyib.
Sürücü qeyd edib ki, YPX əməkdaşı təhqirə yol verməsinə baxmayaraq, o, heç bir adekvat ifadə işlətməyib: “Mən sadəcə bildirdim ki, həmin ərazidə eyni qanun pozuntusunu bir çox sürücü edir. Niyə ancaq mənə protokol yazırsınız? O, isə yalandan açıqlama verib ki, guya şərəf və ləyaqəti təhqir olunub. YPX əməkdaşında səs yazan qurğu da var idi. O, həmin diktafondan istifadə edib aramızda olan söhbətə bir daha qulaq asa və lazımı orqanlara təqdim edə bilər. Ancaq videogörüntülərdən də aydın olur ki, YPX əməkdaşı bir neçə dəfə mənə “Sənin başın partlayar” deyərək mənə hədə-qorxu gəldi. Əgər o səhvən həmin ifadəni səsləndiribsə, niyə bir neçə dəfə təkrar edib. Azərbaycan dilini mükəmməl bilməyən insan necə dövlət orqanında qanunlarla çalışa bilər? Mən həmin YPX əməkdaşını məhkəməyə verəcəyəm”.
Qeyd edək ki, V.Əsədov açıqlamasında YPX əməkdaşının yanlışlıqla sürücüyə “Sənin başın partlayar” ifadəsini işlətdiyini və həmin yol polisinin dörd dil bildiyini deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar